گونئی آزربایجان`‌دان بیر قوروپ میللی آکتیویست:دونیا آذربایجان‌لی‌لاری‌نین دایانیشما گونو قوت‌لو اولسون

Dəyərli teşkilatlar, medya mensubları
31 Aralık Dünya Azərbaycanlıların Dayanışma Günü, Azərbaycan Türklərinin birlik və bərabərlik gününü qutayırıq.
Azərbaycan Türkləri minlərcə il Azərbaycan’ da yaşayaraq dünya kültürünə,mədəniyətine büyük etgisi olmuş danılmaz  izlər buraxmışdır. Savaşlar, inqılablar, dış basqılar, dünyada olan ayrı ayrı sosyal və siyasi proseslər sonucunda, 1828’ də Türkmençay anlaşmasına görə Azərbaycan, Güney və Quzey Azərbaycan olaraq ikiyə parçalanır və bu dönəmdən bir çox soydaşımız dünyanın dörd bir yanına sürgün etməyə başladılmışdır. Buna baxmayaraq yadlar əlilə ikiyə bölünən böyük Azərbaycan Türk Milləti hər zaman mənəvi olaraq birlikdə yaşamşdır.
Bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatı  fars rasisminin irqçılıq ideolojisinə dayalı bilncli soyqırım senaryasının gerçək üzünü dünya və Millətimizə ap açıq göstərməyi başarmışdır, bu nədənlə pan farsism çevrəsində toplanan bütün quruplar və şəxslər Azərbaycan Millətinə qarşı işbirliklərini sistemli formada dəvam etdməkdə və son dönəmlərdə  Milli Hərəkatımıza qarşı tutuqlamlar, işkəncələri artması və çeşitli metodlarla Milli fəallar və təşkilatlara qarşı qaralama və fitnə fəsad yaratma kampanıyaları  artmaqdadır.
Bu gün bölgəmizdə dəvam etməkdə olan proseslər, olası deyişikliklərə, özəlliklə Güney Azərbaycanın ulusal sorununda, Urmu Gölü, Qaradağ depremində ciddi axsaqlıqlar habelə Batı Azərbaycan üzrə çirkin oyunları getdiyi hər kəsə aydındır. Bu tip çox ciddi gedişatlara özənli olaraq. Bizlərin düşüncəmizə görə bir an öncə Milli Hərəkat çeşitli mubarizə yöntəmlərinə söykənərək yurd içi və yurd dışında, İran rejiminin peskolojik savaş, aldatma siysi oyunlarını  pozmağa yönelik böyük bir siyasi oluşum yaratmalıdır. Bütün dünya və uluslararası organlar və qurum quruluşların diqqətini  Güney Azərbaycana çevirib hər türlü dəstəkləri qazanmalıyıq. Gənəl olaraq Milli bərabərlik içərisində iç diyalogu gücləndirmək, sorunları bağlı qapılar arxasında çözmək, təşkilatlanmaq, Güney Azərbaycan ulusal çıxarları doğrultusunda örgütlərarası işbirliyi, lobiçilik fəaliyətləri həyati önəm daşımaqdadır. Böyük ideologumuz İsmail Gaspıralı`nın manifestosuna dayanaraq; Dildə, fikirdə, işdə birliyi gerçəkləşdirmənin zamanıdır diyə düşünməkdəyik.
Hərəkatımızın danılmaz bir gücə çevrilməsi, Millətimizdə Milli siyasi bilincin yüksəlişi aydın bir gələcəgin xəbərçisidir. Ancaq bu gün taktik fərqlikləri nədənilə bəzi çatışmamazlıqların olması normal görülməkdədir. Bizlər gücləndikcə Azərbaycan düşmanları basqılarını və tuzaqlarını artıracaqlar, dolaysıyla bütün siyasal örgütlər, partıyalar,  Aydınlar və silahdaşarımızıa sayğı duyaraq hər zaman olduğu kimi amaclarımız və Milli mənfətlər üzrə işbirligi və birləşmələri hər zamandan çox lazım olduğuna inanırıq. Zülmə məruz qalan bir Millətin evladları olaraq qarşımızda olan yolun qutsallığını, Millətimizin durumunu, dünyada gedən perosesləri göz önündə tutaraq hər kəsin birliklər və bərabərliklərin yaradılmasında özvəri göstərib yardımcı olmalarını rica edirik. 31 Dekaber Dünya Azərbaycan Türklərinin dayanışma gününü sadəcə sözdə yox gerçək anlamında, yurdumuzun qurtuluşu yönündə çaba göstərən tüm milli siyasi şəxslərlə siyasal örgütlər arası dayanışma, səsbirliyini birlikdə yaşayalım.
Sayğılarımızla
31.12.2013
Güney Azərbaycan`dan bir gurup milli aktivist
Cavad Abbası
Elyar Təbrizli
Səid Davəri
Aydın Qaraqanlı
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn